Tarix: 08.10.2024 / 12:20
Zəngəzurun Azərbaycana aid olduğunu dedi,    son anda cümləsini dəyişdi

Zəngəzurun Azərbaycana aid olduğunu dedi, son anda cümləsini dəyişdi

“Tabnak” saytında İranla Ermənistan arasındakı Araz çayı üzərində olan körpünün peyk görüntüsünü əks etdirən video paylaşılıb.

Diaspora.TV xəbər verir ki, videonu hazırlayan iranlı şəxs İran-Ermənistan sərhədinin Zəngəzur dəhlizinin açılması nəticəsində kəsiləcəyini iddia edib.

Əsas məqam isə Araz çayını və körpünü işarələdikdən sonra videoçarxı hazırlayan şəxsin Zəngəzur dəhlizini işarələyib Azərbaycan ərazisi deməsidir. Ancaq riyakar iranlı son anda cümləsini düzəldərək bildirib ki, sözügedən bölgə Ermənistanın cənubudur.

Paylaşılan videoda həmin şəxs Araz çayı üzərində qurulan körpünün İran üçün əhəmiyyətindən, eləcə də İranın Avropaya çıxışından söz açıb.


Şərhlər

Yaz...