Haqqımızda

Diaspora.TV ilk dəfə 2014-cü ildə Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) YouTube-də fəaliyyət göstərən internet televiziyası kimi fəaliyyətə başlayıb.

2023-cü ilin may ayında Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) Münhen şəhərində keçirilən 2-ci Forumunda Diaspora.TV-nin bərpası haqqında qərar qəbul olunub.

2024-cü ilin martın 1-də Diaspora.TV Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun YouTube-də fəaliyyət göstərən internet televiziyası kimi fəaliyyətini bərpa edib.

Diaspora.TV diaspor təşkilatları arasında informasiya vakumunun yaranmasının qarşısını almaq, iş birliklərinin, dialoqların yaranmasına kömək etmək, xarici ölkələrdə dövlətimizin imicini qaldırmaq üçün müxtəlif layihələr həyata keçirmək, xaricə getmək istəyənlər üçün maarifləndirici verilişlər hazırlamaq, diaspor fəalları ilə müsahibələr, xüsusi proqramlar hazırlamaq, bacarıqlı adamları diaspor işinə cəlb etmək və s. sahələr istiqamətində fəaliyyət göstərir.

Diaspora.tvhttps://ifwa.foundation/ Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun internet resursu kimi fəaliyyət göstərir.

Diaspora.TV-yə Niyaz NİFTİYEV rəhbərlik edir.