Tarix: 04.10.2024 / 09:10
 “Zəngəzur  dəhlizi və nüvə gərginliyi:    İranın strateji addımı”

“Zəngəzur dəhlizi və nüvə gərginliyi: İranın strateji addımı”

“Serbestiyet” nəşrinin saytında “Zəngəzur dəhlizi və nüvə gərginliyi: İranın strateji addımı” sərlövhəli məqalə dərc edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə Azadİran məlumat yayıb.

Sitat:

“Zəngəzur dəhlizinin açılması ehtimalı İranı narahat edir. Bu, İranın Ermənistanla əlaqələrini kəsəcək… Üstəlik, ticarətin gözlənilən həcmi Ermənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında artacaq və nəticədə İran bir kənarda qalacaq. Bu səbəbdən də İran Ermənistanın irəli sürdüyü “Sülh kəsişməsi” layihəsini dəstəkləyir. Ermənistanın təklifi müəyyən dərəcədə Türkiyəni oyundan xaric vəziyyətə qoyur. İran kimi, Rusiya da erməni layihəsini dəstəkləyir”.

Sonra məqalədə deyilir ki, “Qafqazdan sıxışdırılıb çıxarılmış və Qəzzada baş verənlərlə əlaqədar problemləri olan İran nüvə bombası istehsalı üzrə fəaliyyətini sürətləndirə bilər”.


Şərhlər

Yaz...