Tarix: 16.10.2024 / 15:39
Zəngəzur dəhlizi üstündə      gərginlik yenidən alovlanıb?

Zəngəzur dəhlizi üstündə gərginlik yenidən alovlanıb?

“Nabaa Press” saytı Zəngəzur dəhlizini qərəzli şəkildə “Sünik koridoru” adlandırıb. Sayt yazıb ki, Ermənistan və Azərbaycan arasında əlaqə yollarının açılması ilə bağlı ciddi fikir ayrılığı var. Ermənistan nəzarətində olmayan istənilən marşrutu özünün qırmızı xətti saysa da, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin açılmasını vacib hesab edir.

Diaspora.TV xəbər verir ki, Türkiyə parlamentinin sədri Cenevrədə erməni həmkarı ilə görüşdən öncə Azərbaycan Milli Məclisinin sədri ilə söhbətində Zəngəzur dəhlizinin yaxın gələcəkdə açılacağına, Azərbaycan, Türkiyə və digər xalqlara fayda gətirəcəyinə ümid etdiyini bildirib.

Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Sargis Xandanyan Zəngəzurla bağlı belə iddia edib:

“Əgər onlar bu termini işlətməyə davam etsələr, ən azı bizim qırmızı xəttimiz olan ekstraterritorial marşrutdan danışdıqlarını düşünməliyik. Zəngəzur dəhlizi ifadəsinin işlədilməsi Ermənistan üçün qəbuledilməzdir”.


Şərhlər

Yaz...