Tarix: 28.10.2024 / 16:00
Zəngəzur dəhlizi Azərbaycanı    Şərqə aparır?

Zəngəzur dəhlizi Azərbaycanı Şərqə aparır?

"Azərbaycanın BRİKS-ə qoşulması və Şanxay Əməkdaşlıq Təşkilatında mövqeyini möhkəmlətməsi Bakının Çin, Rusiya və Avrasiyanın digər aktorları ilə iqtisadi və siyasi əlaqələrini genişləndirəcək".

Diaspora.TV xəbər verir ki, bu barədə iranlı ekspert Ehsan Movəhhediyan “Mader-e Şərqi” saytında yazıb.

"Çinin Avropaya tək quru yolu kimi Orta Dəhlizə artan marağı Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana basqılarını artıra bilər.

İran-Ermənistan sərhədini kəsməklə bağlı narahatlığı neytrallaşdırmaqla bölgədə Rusiya-Çin-Türkiyə əməkdaşlığının möhkəmlənməsi mümkündür. Bu proses davam etsə, Qərbin Cənubi Qafqazda təsiri çox azalacaq. Habelə Azərbaycanın Şərqə və Qərbə qarşı çevik xarici siyasət yürütmək səyləri qısa müddətdə ölkənin regional və qlobal güclər üçün geoiqtisadi əhəmiyyətini artıracaq", - deyə iranlı ekspert yazıb.

O, qeyd edib ki, Qafqazda müxtəlif sahələrdə Hindistan, Çin, Rusiya və İranın maraqları fərqlidir və Azərbaycan onların mübahisələrinə qarışsa, öz maraqlarını təmin etməkdə problemlərlə üzləşə bilər.

Şərhlər

Yaz...