Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ad günü münasibətilə rəsmi təbrik ünvanlayıb.
Diaspora.TV xəbər verir ki, Ukrayna dövlətinin başçısı məktubda bildirib:
“Mən Azərbaycanın Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə daimi dəstəyini, habelə ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına verdiyiniz şəxsi töhfəni yüksək qiymətləndirirəm.
Ukrayna üçün bu çətin zamanlarda, Rusiya təcavüzünə qarşı mübarizədə azadlığı və müstəqilliyi müdafiə etdiyimiz bir vaxtda tərəfdaşların dəstəyi xüsusi əhəmiyyət kəsb edir. İnanıram ki, birgə səylərlə ölkələrimiz bütün sahələrdə ikitərəfli əməkdaşlığı gücləndirəcək, bu da xalqlarımızın təhlükəsizliyinə və rifahına töhfə verəcək.
Hörmətli cənab Prezident, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ilham və məsuliyyətli dövlət fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram”.