Tarix: 25 Avqust 2024 21:15 | Baxış sayı: 751
Zelenski azərbaycanlı güləşçini təltif etdi  - FOTO

Zelenski azərbaycanlı güləşçini təltif etdi - FOTO

Ukrayna prezidenti Volodimir Zelenski azərbaycanlı güləşçi, Paris Yay Olimpiya oyunlarında Ukraynanı təmsil edərək gümüş medal qazanan Pərviz Nəsibovu ordenlə təltif edib.

Diaspora.TV xəbər verir ki, Pərviz Nəsibov 2-ci dərəcəli "Xidmətə görə" («За заслуги») ordeni ilə təltif olunub. Mükafat Ukraynanın Müstəqillik Günündə Pərviz Nəsibova təqdim olunub.

Qeyd edək ki, Pərviz Nəsibov Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) fəal gənclərindəndir. O, UABD-nin keçirdiyi tədbirlərdə davamlı iştirak edir.

Xatırladaq ki, Pərviz Nəsibov Tokio Yay Olimpiya oyunlarında da gümüş medal qazanmışdı.


Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır