Prezident Volodimir Zelenskinin Fərmanı ilə Ukraynanın azadlığı və suverenliyi uğrunda qəhrəmancasına həlak olan iki soydaşımız ölümündən sonra lll dərəcəli “İgidliyə görə” ordeni ilə təltif edilib.
Diaspora.TV-nin Ukrayna bürosu xəbər verir ki, kiçik çavuş Əsgərov Faiq Tahir oğlu və əsgər Aslanov Ramiz Dursun oğlu ölümündən sonra təltif ediliblər.
Orden soydaşlarımızın yaxınlarına təqdim olunub.
Qeyd edək ki, Əsgərov Faiq Tahir oğlunun adına küçə verilib, adının əbədiləşdirilməsi üçün tanıtım lövhəsi qoyulub.
Xatırladaq ki, Rusiyanın Ukraynada başlatdığı genişmiqyaslı müharibə dövründə Ukraynanın azadlığı və suverenliyi uğrunda 60-a qədər soydaşımız həlak olub.