“Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı Qazaxıstanda keçirilən bir sıra tədbirlərdə iştirak etmişik”.
Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Qazaxıstanın Türkistan şəhərində yerləşən Əhməd Yessevi Universitetinin tələbəsi Murad Kaçaliyev deyib.
Müsahibimizin sözlərinə görə, universitetimizdə dünyanın dörd bir tərəfindən tələbələr təhsil alır:
“Biz onlara ermənilərin Azərbaycana qarşı törətdiyi terrorizm, günahsız insanları öldürərək torpaqlarımızı necə işğal etdikləri haqqında məlumatlar verməyə çalışırdıq. Bundan başqa, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və ordumuzun gücünün sayəsində torpaqlarımızın işğaldan azad olunmasını qürurla danışıb zəfərimizi Türk-Turan dünyasına çatdırırıq. Eyni zamanda, həmin tədbirlərdə mədəniyyətimizi və adət-ənənələrimizi də yerli xalqa çatdırmağa çalışırıq. Bu tədbirləri Ramilə Mustafayevanın başçılığı altında keçirmişik”.
M.Kaçaliyev bildirib ki, diaspor fəaliyyətimizdə hər hansı problemlə qarşılaşmamışıq, əksinə lazım olduqda bizə dəstək olurlar.
Həsən Hüseynov
Diaspora.TV