Tarix: 10.10.2024 / 22:14
Zay məhsullarla bağlı Azərbaycana xəbərdarlıq    edildi

Zay məhsullarla bağlı Azərbaycana xəbərdarlıq edildi

Rusiya Federasiyası Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) bir neçə ölkəyə ixrac etdikləri meyvə və tərəvəzlərin insan sağlamlığına ziyanlı olması barədə məktub göndərib. Bu ölkələr arasında Azərbaycan da var. Bu ilin əvvəlindən “Rosselxoznadzor”un Dağıstan Respublikasındakı İdarəsi 94 min göndərişdə paylanmış 1,694 milyon tondan çox meyvə və tərəvəzin idxalına nəzarət edib.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Məhsullar İran, Türkiyə, Azərbaycan və digər ölkələrdən gəlib.

Yoxlamalar zamanı ekspertlər tərəfindən fitosanitar tələblərə uyğun olmayan 65 fakt müəyyən edilib, çirklənmiş məhsullar ixracatçı ölkələrə geri qaytarılıb.

Müvəqqəti saxlama anbarında karantin zərərvericiləri ilə yoluxmuş 110 partiya (1940 ton) məhsul aşkar edilib. Bu məhsullar dezinfeksiya edilib və təkrar yoxlamalardan sonra sərbəst dövriyyəyə buraxılıb.

Gələcəkdə oxşar pozuntuların qarşısını almaq üçün Rosselxoznadzor İdarəsi xarici iqtisadi fəaliyyət iştirakçılarına tənzimlənən məhsulların idxalı zamanı fitosanitar tələblərə ciddi riayət edilməsinin zəruriliyi barədə xəbərdarlıqlar göndərib.

Şərhlər

Yaz...