Tarix: 09.09.2024 / 00:10
 Yunanıstan hökuməti diasporun “beyinlərini” vətənə necə    cəlb edir?

Yunanıstan hökuməti diasporun “beyinlərini” vətənə necə cəlb edir?

Yunanıstan xarici işlər nazirinin müavini George Kotsiras və Dövlət Məşğulluq Xidmətinin (DYPA) rəhbəri Spiros Protopsaltis yunan diasporunu ölkəyə cəlb etmək məqsədilə əməkdaşlıq memorandumu imzalayıblar.

Diaspora.TV xarici mediaya istinadla xəbər verir ki, Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, memorandum xaricdə yaşayan yunanları Yunanıstanda iş imkanları barədə məlumatlandırmaq məqsədi daşıyır.

Nazirlik həmçinin onların Yunanıstanın əmək bazarına qayıtmasını təşviq etmək üçün məşğulluq imkanları, sahibkarlıq və təlim proqramları kimi təşəbbüslər və təşviqlər hazırlamaq məqsədi ilə reallaşdırılır.

Əməkdaşlıq eyni zamanda, məşğulluqla bağlı milli və Avropa proqramları haqqında məlumat və yeniliklərin mübadiləsini, geri qayıtmaq istəyən yunanların Yunanıstandakı əmək bazarına inteqrasiyasını əhatə edəcək. Bundan əlavə, proqrama iqtisadi böhran zamanı mühacirətə getmiş yunanlar üçün məlumat xarakterli seminarların və tədbirlərin təşkili daxildir.

“Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlığımız sayəsində biz beyin axınının qarşısını almaq üçün daha bir addım atırıq. Biz xaricdə yaşayan və işləyən yunanlara onların qayıtması üçün imkanlar və stimullar haqqında məqsədyönlü məlumat verməyi hədəfləyirik”, - deyə, XİN təmsilçisi Kotsiras bildirib.

Şərhlər

Yaz...