Tarix: 22.09.2024 / 05:40
Yunan diasporunun məktəbləri niyə    bağlanır?

Yunan diasporunun məktəbləri niyə bağlanır?

Ölkədə ciddi hiss olunan müəllim çatışmazlığı özünü yunan diasporlarında da büruzə verib. Yunan diasporunun Almaniya təmsilçiləri bildirir ki, xaricdə, xüsusən də Almaniyada yunan dili məktəblərinin ciddi çatışmazlığı var. Məsələ o qədər ciddidir ki, Ştutqart və Frankfurtdakı 28 yunan təhsil müəssisəsindən 13-ü bağlanmaq ərəfəsindədir.

Diaspora.TV Yunanıstan mediasına istinadən xəbər verir ki, dövlət xaricdə yaşayan yunanlar və onların uşaqlarının təhsili ilə maraqlanmır.

Qeyd edək ki, son 10 ildə Yunanıstanda baş verən maliyyə böhranından sonra Almaniyaya köçən yunanların sayı əhəmiyyətli dərəcədə artaraq təxminən 600.000-ə çatıb.

Almaniya Valideynlər və Qəyyumlar Federasiyaları Konfederasiyasının prezidenti Konstantinos Kachrimanidis bildirib ki, Baden-Vürtemberq, Essen və Bavariyada 2500-ə yaxın uşaq yunan dilində, qalanları isə Almaniyanın digər bölgələrində təhsil alır. Əslində, ölkədə təxminən 60.000 məktəb yaşlı yunan uşağının olduğunu nəzərə alsaq, bu göstəricinin çox aşağı oldduğunu görərik.

Şərhlər

Yaz...