Tarix: 29.09.2024 / 12:45
Yunan diasporu Mayamidə restoran biznesini necə    ələ keçirdi?

Yunan diasporu Mayamidə restoran biznesini necə ələ keçirdi?

Mayamidə yunan sahibkarlar bar və restoran biznesində böyük üstünlük təşkil edirlər. 2010-cu illərdə Yunanıstanı vuran iqtisadi böhrandan bəri bir çox yunanlar öz bizneslərini burada qurmaq üçün Mayamiyə gəliblər. Onların bir çoxu Amerika arzusunu yaşamağa müvəffəq oldular.

Şəhərdə doğulub böyüyən azsaylı yunan amerikalılardan biri, vəkil Aleko Haralambides deyir ki, Yunanıstandakı böhrandan sonra biz Mayami ilə heç bir əlaqəsi olmayan bir neçə yunan gördük ki, bura gəlib mağaza açdılar".

Yunan sahibkarlar əsasən restoran və barlar qururlar.

“Kiçik işlərlə başladılar, amma yaxşı gedirlər. Onlar bura gəldikləri üçün xoşbəxtdirlər. Onlar qonaqpərvərlikdə səviyyəni qaldırdılar. İnsanlara yunan kökənli olduqlarını söyləməkdən qürur duyurlar”, - deyə vəkil bildirib.

Yunan icması yetmiş ildən artıqdır Mayamidə mövcuddur və Müqəddəs Sofiya Rum Pravoslav Kafedralı 1948-ci ildə Mayamidə öz qapılarını ziyarətçilərə açıb.

Yunan və kubalı atadan doğulan Çaralambides bildirib ki, 1960-1970-ci illərdə inkişaf edən Yunan icması və rəqabətli basketbol liqası var idi.

"70-ci illərdə Mayami yuxulu bir şəhər idi", - deyə, o, xatırlayır:

“Uşaq vaxtı məktəbə getdiyim Coconut Groveda çoxlu hippi var idi. Mən əsasən yaşlı insanların məskunlaşdığı Mayami çimərliyinə yaxın böyümüşəm”.

Mayamidəki yunanlar Yunan adalarını əks etdirən yerlər yaradıblar.

Ancaq indi vəziyyət dəyişib. Bəzi yerlər Yunanıstanın Mykonos və Santorini adalarında olan əyləncə və lüks xidmətlərin növünü təkrarlamağa çalışır ki, bu da Mayami iqliminə uyğundur.

Haralampides deyir:

"Mikonos və Cənubi Çimərlik həmişə bir növ simbiotik əlaqəyə malik olublar. Elit izdiham qışda Mayamiyə, yayda isə Mikonosa gəlir".

Aşpaz və restorançı Demetrios Piliotis deyir ki, Mayami "kiçik Yunanıstana" çevrilib. Mayami-Biçin mərkəzində yerləşən “Poseidon Greek” dəniz məhsulları restoranının sahibi Yunanıstandakı böhran zamanı qardaşını ziyarət etmək üçün Amerika şəhərinə tətilə gedib və orada qalıb. O, uğurlu restoran biznesi açıb.

Piliotis deyir:

“Mayami çimərliyində qalmağımın səbəblərindən biri buranın mənə Yunanıstanı xatırlatmasıdır. Mayamiyə çoxlu yunanlar gəlib restoran açdıqları üçün yunan yeməkləri əsas yerə çıxıb. Əgər çox çalışsan, mükafat alacaqsan. Yunanıstanda heç kim zəmanət vermir ki, çox çalışsan, mükafatını alacaqsan”.

Kiki on the River” Mayamidə müasir Yunan mətbəxi və yüz əlli fut sahədə orijinal Aralıq dənizi üslublu çay sahili təklif edən Yunan bar və restoranıdır. Sahibi Aris Nanos restorana nənəsinin adını verib. İndi Kiki dünyaca məşhur bir bardır.

"Bu, böyük uğurdur, çünki mən Latın Yunanı formulasını, butulkalarla çimərlik klubu mövzusunu, gecə həyatı və yaxşı yeməkləri əlavə etdim", - deyir Nanos:

"Donald Tramp və İvanka Tramp, Devid Bekhem, Maykl Cordan və LeBron Ceyms Kikiyə səfər edən şəxsiyyətlər arasındadır".

Nanos qeyd edir ki, yunan sahibkarlar artıq Mayami çimərliyində qonaqpərvərlik standartını müəyyən edirlər.

Mayami son on ildə kəskin şəkildə dəyişib. Miami Beach, məsələn, hər kəsin olmaq istədiyi bir yerdir, yalnız hava və ilin əksər hissəsində parlayan günəşə görə deyil, həm də çiçəklənən şəhərdə çoxlu iş yerləri olduğuna görə…

Yunanıstanda keçmiş peşəkar futbolçu, özünü VIP aparıcı kimi təqdim edən Panagiotis Sinaidis şəhərdə “Hermes International”“Nighttime Miami Vice” restoran biznesini açıb.

O, deyir:

"Mayami sizin gəlib qaldığınız yerdir. Ora cənnətdir! Yunanlar getdikləri yerdə həqiqətən yaxşı iş görə bilirlər. Biz çox çalışırıq və arzularımızı gerçəkləşdirə bilərik”.

Yunanıstandakı iqtisadi vəziyyət Sinaidisi Mayamiyə gətirib:

"Burada atdığınız hər addımda fürsət tapa bilərsiniz. Şansdan istifadə etsəniz, inkişaf edə bilərsiniz. Yunanıstanda sizə məhdudiyyətlər var. Burada heç bir məhdudiyyət yoxdur”.

Yunanıstanda maliyyə böhranı zamanı Mayamiyə gələn ilk yunan sahibkarlar arasında Giannis Sotiropoulos da var idi. O, vətənindəki biznesini satmaq qərarına gəlib və əldə etdiyi gəliri Mayamiyə yatırıb. Hazırda Kuba konseptinə malik olan başqa bir klub olan “Copper 29 Bar”ın, “Pretorian Security Protection” adlı təhlükəsizlik şirkəti və tikinti şirkəti olan “GRK Design”ın sahibidir.

Makis Paliouras Mayami çimərliyində Amerika arzusunu yaşayan başqa bir yunandır. O, bazarda sıçrayış edən yunan qəhvələri üzrə ixtisaslaşan dəbdəbəli qəhvə mağazasına sahibdir:

"Bütün yunanlar bizim heyrətamiz qəhvəmizi dadmaq üçün buraya gəlirlər".

Yunanıstanlı bir müştəri deyir:

“Biz bunu sınadığımızdan bura bizim sevimli yerimiz oldu. "Qəhvə Yunanıstandakı kimi dadlıdır".

Diaspora.TV

Şərhlər

Yaz...