Tarix: 08.07.2024 / 16:20
Yumurtasız qalan Rusiya günahı   Azərbaycanda görür?

Yumurtasız qalan Rusiya günahı Azərbaycanda görür?

Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, Rusiya bazarına yumurta tədarükünü davam etdir, alıcılar onları mağazalarda görmürlər.

Diaspora.TV xəbər verir ki, belə bir iddia ilə Rusiya KİV-i çıxış edib.

Ruslar 2023-cü ilin sonuna qədər 61,4%-ə çatan qiymət artımını dayandırmalı olan idxal yumurtalarını mağaza rəflərində görməyiblər.

“İzvestiya” “Rusprodsoyuz”un mətbuat xidmətinə istinadən yazır ki, Belarus, Azərbaycan və Türkiyədən gələn məhsullar emala göndərildiyi üçün pərakəndə satış şəbəkələrinə çatmayıb. Xüsusən də yumurtadan qənnadı məmulatların və digər malların istehsalında istifadə olunur.

“Rosselxoznadzor” hökumətin 2023-cü ilin dekabrında idxal rüsumunu sıfırlamaq qərarından sonra Rusiyaya 78 milyon toyuq yumurtası idxal edildiyini bildirib. Məhsulların əksəriyyəti Belarusdan tədarük edilib - 69 milyon ədəd. Daha 5,6 milyonu Türkiyədən, 4,2 milyonu isə Azərbaycandan idxal edilib. Lakin xaricdən tədarük yumurta qiymətləri ilə bağlı vəziyyəti yaxşılaşdırmayıb.

"Ərzaq təhlükəsizliyi bununla yaxşılaşmır, sənaye investisiya cəlbediciliyi qazanmır və logistika və dünya qiymətlərinin dinamikasının təhlili nəzərə alınmaqla xarici tədarükçülərdən yumurta qiymətləri sıfır rüsum olsa belə, Rusiya qiymətlərindən aşağı deyil", - deyə "Rusprodsoyuz"un İdarə Heyətinin sədr müavini Dmitri Leonov qeyd edib.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Rusiya bazarına Azərbaycan və Türkiyədən yumurta gəlməkdə davam edir. 2024-cü il yanvarın 1-dən iyunun 30-dək Rusiyaya 1,2 milyarda qədər yumurta idxal edilməlidir.

“Rosstat”ın məlumatına görə, 2023-cü ildə ölkədə 38,1 milyard yumurta istehsal edilib ki, bu da bir il əvvəlkindən 1,8% çoxdur.

V.Əli
Diaspora.TV

Şərhlər

Yaz...