“İslam Respublikasının ölkə daxilində qanunsuz və yalnız repressiyaya əsaslanan səlahiyyət nümayiş etdirdiyini nəzərə alsaq, demokratiyaya gedən yolumuz daha rahat olacaq”.
Diaspora.TV “İran İnternational”a istinadla xəbər verir ki, bu sözləri 2023-cü il Nobel Sülh Mükafatının qalibi, güneyli hüquq müdafiəçisi və siyasi məhbus Nərgiz Məhəmmədi deyib.
O, bu barədə Norveç parlamentinin sədri Məsud Qaraxani ilə virtual söhbəti zamanı bölgədəki son hadisələri şərh edərkən bildirib.
“İran hökuməti bölgədə və proksi qüvvələrində etdiyi fəaliyyətlərə və investisiyalara baxmayaraq, son aylarda uğursuzluqlar yaşayıb”, - deyə güneyli məhbus vurğulayıb.
Onun sözlərinə görə, insanlar 46 ildir öz hüquqları uğrunda mübarizə aparırlar:
“Ancaq bu azadlığı reallaşdırmaq üçün indi daha uyğun bir dövrdür”.