"İndi də İdlibdəki hərbi müxaliflərin arasında xeyli gəlmə var. İŞİD və digər psevdo-islamçı qrupların tərkibində yetərincə əcnəbi mövcuddur. Hazırda İdlibdə uyğurların “Türküstan İslam Partiyası” adlı silahlı qrupu daha çox tanınır. Onların təxminən 15 min silahlı üzvü olduğu deyilir. Digər tərəfdən, əsasən orta asiyalılardan ibarət olan “Səmərqənd” briqadası var".
Diaspora.TV xəbər verir ki, bu sözləri şərqünas-yazar Kənan Rövşənoğlu "Yeni Sabah"a müsahibəsində deyib.
O, qeyd edib ki, daha əvvəl İŞİD və “Əl-Nusra” kimi silahlı qruplaşmaların tərkibində azərbaycanlılar da var idi:
"Onların bir çoxu münaqişə dayandıqdan sonra geri gəldi, bir qismi isə öldürüldü. Əsir düşənlər də az deyil. Yəqin ki, müxalif qrupların içərisində hələ də azərbaycanlılar var, amma 10 il əvvəlki qədər deyil".