Tarix: 08.10.2024 / 19:00
Yeni platforma və formatlar işləyib ortaya qoymalıdırlar    - Politoloq

Yeni platforma və formatlar işləyib ortaya qoymalıdırlar - Politoloq

“Diplomatik nümayəndəliklərlə diaspor qurumlarının həmahəng fəaliyyətindən danışırıqsa, mütləq bunların beyin mərkəzləri yeni platforma və formatlar işləyib ortaya qoymalıdırlar”.

Bu sözləri Diaspora.TV-yə politoloq Tofiq Abbasov deyib. Politoloq bunun çox vacib məsələ olduğunu diqqətə çatdırıb:

“Vaxtı ilə Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycan və Türkiyə diaspor təşkilatları xarici ölkələrdə həmahəng çıxış etsinlər. Bu qismən alındı və bu gün də alınır. Amma bizim ölkəmizin daxili təlabatı var deyə həm Türkiyə, həm də digər qardaş ölkə olan Pakistanla iş bitmir, eyni zamanda İtaliya, Serbiya, Macarıstan və s. bunların hər biri ilə münasibətlərimizi gücləndirməliyik”.

Yeni format deyəndə nəyi nəzərdə tuturuq?

Politoloq hesab edir ki, bunlardan biri, dünya bölgələrinin xüsusiyyətlərinin özündə birləşdirilməsidir:

“İkincisi, yerli camaatın spesifikası ilə bağlı onların xarakterini, maraq dairəsini öyrənsinlər. Bilsinlər ki, bunlar daha çox nə istəyir, onlar üçün ən vacib amil nədir, hansı sahədir və s.”

Tofiq Abbasov qeyd edib ki, Azərbaycan tərəfinin nümayəndələri də bu məqamların hər birinin qeydini aparmalıdırlar və sistemli şəkildə auditoriya ilə birbaşa iş birliyi qurmalıdırlar:

“Sadəcə insanlarla işləmək lazımdır. Bax, bu zəmində Azərbaycanın potensialı kifayət qədər böyükdür. Çünki kifayət qədər mütəxəssislərimiz yetişib. Onlar xarici ölkələrdə fəaliyyət göstərərkən həm də yerli əhali ilə təmasdadırlar. Bu təmasdan da bizim təbliğat məqsədləri üçün istifadə etməlidirlər. Mənə elə gəlir burada böyük problemlər yoxdur”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...