Tarix: 27.08.2024 / 09:50
Yəhudi diasporu tələbə soydaşlarının təhlükəsizliyi üçün   proqram hazırlayıb

Yəhudi diasporu tələbə soydaşlarının təhlükəsizliyi üçün proqram hazırlayıb

Oktyabrın 7-də başlayan hadisələrdən sonra Avropa və Amerika universitetlərinin kampuslarında İsrail əleyhinə etirazlara və həmin məkanlarda yaşayan yəhudilərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar var. Bu narahatlığa cavab olaraq “Kampuslarda Yəhudi Həyatı üçün Hillel Fondu” və Şimali Amerikada yəhudilərin təhlükəsizliyi məsələləri ilə məşğul olan QHT - Təhlükəsiz İcma Şəbəkəsi payız semestrinin əvvəlində 50 kampusda müvafiq tədbilər görmək üçün tərəfdaşlarını açıqlayıb. Yəhudi diasporunun sözügedən sahədə seçdiyi partnyor - “Operation Secure Our Campuses” şirkəti kampuslarda vəziyyəti izləyəcək və real vaxt rejimində məlumat və dəstək verəcək, tam zamanlı kəşfiyyat analitikası aparacaq. Təhlükəsiz İcma Şəbəkəsi kampuslardakı yəhudi obyektlərinin qiymətləndirilməsini təmin edəcək, tərəfdaşlar isə fiziki təhlükəsizlik, fövqəladə hallar planları və prosedurları ilə bağlı məsləhətlər verəcəklər.

Diaspora.TV xəbər verir ki, Təhlükəsiz İcma Şəbəkəsi mediaya açıqlamasında seçilmiş kampuslarda yəhudi tələbələr, müəllimlər və işçilər üçün situasiya haqqında məlumatlılıq bacarıqlarını, münaqişələr və həyat üçün təhlükəli vəziyyətlər və insidentlər barədə informasiya verilməsinə dair təlimatları təkmilləşdirərək yeni təlim təşəbbüsü başlatdığını bildirib. Yeni proqram liderlik, resurslar, təlim, qiymətləndirmə və hadisələrin təhlükəsizliyinin planlaşdırılması da daxil olmaqla, əvvəlki əməkdaşlıqlara əsaslanır.

Təşkilat oktyabrın 7-dən etibarən 200 nəfərə təlim keçdiyini və Birləşmiş Ştatlarda 10 tədbir üçün təhlükəsizlik planlarının hazırlanmasında köməklik etdiyini bildirib.

Şəbəkənin baş direktoru Maykl Masters yəhudi tələbələrin, müəllimlərin və işçilərin kampusda “qorxu, təqib və ya məqsədyönlü zorakılıq olmadan” sərbəst hərəkət edə bilməməsinin qəbuledilməz olduğunu bildirib və onların təhsillərini təhlükəsizlik hissi ilə davam etdirə biləcəklərini təmin edəcəklərinə söz verib.

Şərhlər

Yaz...