Tarix: 29.08.2024 / 18:55
Yəhudi alim Ermənistan-İran antisemit əməkdaşlığını    ifşa etdi

Yəhudi alim Ermənistan-İran antisemit əməkdaşlığını ifşa etdi

İsraildə yayımlanan məşhur “Jerusalem Post” nəşrində məşhur-şərqşünas alim Mordexay Kedarın “Ermənistan reallıqla mübarizə aparır” adlı məqaləsi dərc olunub.

Məqalənin Diaspora.TV izləyiciləri üçün təqdim edirik…

Ermənistanın İranla artan əlaqələri Tehranın regionda təsirini artırır və antisemitizmi israrla inkar etsə də rəsmi İrəvanın İsraillə münasibətləri gərginləşdirir.

“Dünyada ermənilərlə yəhudilər arasında qarşıdurma yaratmağa çalışan qüvvələr var. Onlar Ermənistanda guya antisemitizm olduğu barədə saxta xəbərlər yayırlar. Onlar çalışırlar ki, İsrail tərəfindən Ermənistanın təcavüzkar qonşusu Azərbaycana silah tədarükünü həyata keçirsinlər”. Bu, Ermənistan xarici işlər nazirinin keçmiş müavini Qriqor Hovhannisyandan sitatdır.

“Ermənistan və İran: yalan iddialar” (“The Jerusalem Post”, 12 avqust) adlı məqaləsində o, İran-Ermənistan münasibətlərinin möhkəmlənməsi, xüsusən də İranla silah müqaviləsi haqqında məlumat verdiyim üçün bu “qüvvələr”dən olduğumu qeyd edir və müqaviləni təkzib edir.

Ermənistanın təkzib etdiyi çox şey var. Başlayaq “Ermənistanda guya antisemitizmlə bağlı saxta xəbərlər”dən. Səlahiyyətlilər “Mordexai Navi” sinaqoquna çoxsaylı hücumları inkar edib və mühafizə olunan sinaqoqu yandırmağa cəhd edən və ölkədən qaçan bəzi “əcnəbilərin” hekayələrini danışıblar. Səlahiyyətlilər Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusunun mövcudluğunu da inkar etmişdilər, lakin bu təşkilat təkcə hücumlara görə məsuliyyəti öz üzərinə götürmədi, həm də daha çox hücumların olacağı ilə hədələdi.

Bəs bu ilin əvvəlində İrəvanın mərkəzində keçirilən neonasist parad? Ermənistan hakimiyyəti təkziblə başlayıb, sonra bunu yenidən “əcnəbilərin” və hakimiyyətin “onların qayğısına qalması”nın üstünə atıblar. Bəs necə olur ki, erməni neonasist lideri Hayk Nazaryan İrəvan küçələrində sərbəst gəzir, çoxsaylı tərəfdarları ilə şəkil çəkdirir və açıq-aşkar antisemitizm çağırışları ilə sosial şəbəkələrdə fotolar yerləşdirir.

Neonasistlər niyə İrəvanın mərkəzində yürüş keçirdilər? Onlar faşist əməkdaşı Qaregin Njdenin mərkəzi meydanda ucaldılmış abidəsi önünə yürüş ediblər.

Bəs Anti-Diffamasiya Liqasının 2014-cü il Qlobal Antisemitizm İndeksi və Vaşinqtondakı məşhur “Pew Araşdırma Mərkəzi”nin 2016-cı ildə 18 Avropa ölkəsində antisemitizmlə bağlı araşdırması?

Onların Ermənistanda tüğyan edən antisemitizmdən xəbərləri də saxtadırmı?

ABŞ Qlobal Antisemitizm və Siyasəti Öyrənmə İnstitutunun 2023-2024-cü il hesabatları saxtadırmı?

Yoxsa İsrailin Diaspora İşləri və Antisemitizm Nazirliyi və Baş Nazirlik Ofisinin hesabatları?

Reallığın iki variantı var: biri Ermənistanda tüğyan edən antisemitizm, digəri isə Ermənistanın “buxarlanmazdan” əvvəl müxtəlif antisemitist hərəkətləri edən “nasist əcnəbiləri”.

Mən birinci versiyaya inanmağa meylliyəm.

Amma gəlin Ermənistanın dostu İrana qayıdaq. İrəvan və Tehran arasında strateji əməkdaşlığın uzun tarixi var. 2008-ci ilin sonunda amerikalı diplomatlar belə qənaətə gəliblər ki, Ermənistan hökuməti İranı İraqda Amerika əsgərlərini öldürmək üçün istifadə olunan raket və pulemyotlarla təmin edib.

Bu, 2016-cı ildə İrəvanla Tehran arasında hərbi əməkdaşlığın möhkəmlənməsindən xeyli əvvəl idi. Bu, həm də İrəvan Rusiyaya İranın pilotsuz təyyarələri və raketləri üçün əsas təchizat marşrutlarından birinə çevrilməmişdən əvvəl idi.

İranla kəşfiyyat sahəsində əməkdaşlıq, yaxın hərbi əlaqələr, təlim və Ermənistan ərazisində bazaların yaradılmasını ehtiva edən son razılaşmaya gəlincə, bunu inkar etmək çətindir. Razılaşma haqqında ilkin məlumat verildikdən bir neçə gün sonra baş nazir Nikol Paşinyan İranın seçilmiş prezidentinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana gedib. O, mərasimdə iştirak edən iki liderdən biri idi. Bütün digər ölkələr aşağı səviyyəli məmurlar göndərdi.

Paşinyan və Xamneyi

Paşinyan ali lider Əli Xamneyi ilə də görüşüb və deyib:

“Biz İranla münasibətlərimizi möhkəmləndirməyə dərindən sadiqik və ölkələrimiz arasında ümumi maraqlara əsaslanan və başqalarının siyasətindən asılı olmayaraq əməkdaşlıq sarsılmaz güclə davam edəcək”.

Bildirilir ki, Paşinyan HƏMAS lideri İsmayıl Haniyə ilə görüşməli idi və o, mövcud olmayan “Fələstin dövlətini” tanıdığına görə ona şəxsən təşəkkür etmək istəyirdi, lakin Haniyə cinayətlərinin əvəzini ödədiyi üçün bunun əlavə təsdiqi yoxdur.

İrəvan da bunu inkar etməyə cəhd edə bilər, lakin Yaxın Şərqin tarixini bilən hər kəs xatırlayır ki, ermənilər həmişə Fələstin terror təşkilatlarını dəstəkləyiblər. Erməni milli qəhrəmanlarından biri Monte Melkonyan israillilərə qarşı döyüşdüyü ilə öyünürdü. Bu barədə Markar Melkonyanın “Qardaşımın yolu: Amerikanın Ermənistana taleyüklü səyahəti” kitabında oxuya bilərsiniz.

Cənab Hovhannisyandan soruşmaq istərdim: əgər o, həqiqətən də xalqlarımız arasında münasibətləri yaxşılaşdırmaq istəyirsə, o zaman antisemitizmlə mübarizə aparmaq və öz dövlətinin siyasətini dəyişdirmək üçün həm yerli, həm də xarici erməni mediasından istifadə etməlidir ki, bu da təəssüf ki, Ermənistanı İranın marionetinə çevirdilər.

Hazırladı:
Vahid Əli


Şərhlər

Yaz...