Tarix: 13.05.2024 / 13:24
Yazdıqlarıma görə anamı və bacımı həbs ediblər-  Güneyli milli fəal

Yazdıqlarıma görə anamı və bacımı həbs ediblər- Güneyli milli fəal

Almaniyada yaşayan Güney Azərbaycan Milli Hərəkatının fəallarından Mehdi Kuxianın anası və bacısı Firəngiz Fəthi və qardaşı Əkrəm Kuxian dünən Şərqi Azərbaycan əyalətinin Məlik Kəndi (Məlikan) şəhərində repressiv qüvvələr tərəfindən həbs edilib.

Diaspora.TV xəbər verir ki, bu haqda güneyli milli fəal və siyasi məhbus Abbas Lisaninin “Telegram” kanalı məlumat verib.

Məlumata görə, Mehdi Kuxian “İnstagram” hesabında paylaşımında yazıb:

“Bu gün anamın evinə iki dəfə hücum olub. İlk dəfə beş repressiv hökumət məmuru evə girərək elektron cihazları götürüb anamın və bacımın üzərinə gözyaşardırıcı qaz sıxıb. İkinci dəfə isə bir neçə dəqiqə öncə baş verib ki, təhlükəsizlik və polis qüvvələrinin 25 əməkdaşı evin qapısını vəhşicəsinə qıraraq anamı və bacımı tutub naməlum yerə aparıblar”.

Onun sözlərinə görə, təhlükəsizlik orqanları habelə qardaşının avtomobilini və sənədlərini müsadirə edib.

Şərhlər

Yaz...