Tarix: 15.07.2024 / 17:58
Antalyada yaxtada həbs edilən azərbaycanlı   kimdir?

Antalyada yaxtada həbs edilən azərbaycanlı kimdir?

Antalya polisi Rusiya Federasiyasında rüşvət aldığı üçün axtarılan və barəsində İnterpolun qırmızı bülleteni olan rusiyalını saxlayıb.

Diaspora.TV TRT telekanalına istinadən xəbər verir ki, Antalya valiliyindən həmin şəxsin qaçmağı planlaşdırdığı və Ukrayna bayrağı altında üzən yaxtada saxlanıldığı bildirilib.

Saxlanılan 58 yaşlı A.P. Rusiya vətəndaşıdır. Yaxtanın göyərtəsində onun Azərbaycan vətəndaşlığı olan oğlu və Ukrayna vətəndaşı da olub. Əməliyyat şübhəlinin Türkiyəni dəniz yolu ilə tərk etməyə çalışacağı barədə polisə məlumat daxil olduqdan sonra həyata keçirilib.

A.P. yaşayış icazəsinin müddəti bitdiyi üçün saxlanılaraq Antalya Miqrasiya İdarəsinə aparılıb. Onun oğlu və yaxtada saxlanılan ukraynalı sərbəst buraxılıb. Axtarış zamanı A.P adlı şəxsdən 7 min avro, 5 min dollar, 200 tailand bahtı, Türkiyə şəxsiyyət vəsiqəsi, Rusiya pasportu, 4 ədəd mobil telefon və 1 ədəd noutbuk götürüb.

Şərhlər

Yaz...