Tarix: 31.10.2024 / 12:00
Yaxın gələcəkdə sülh sazişi üzrə razılığa gələ biləcəyik    - Mirzoyan

Yaxın gələcəkdə sülh sazişi üzrə razılığa gələ biləcəyik - Mirzoyan

Yaxın gələcəkdə sülh sazişinin 1-2 bəndi üzrə razılığa gələ biləcəyik.

Diaspora.TV xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, digər istiqamətin regionda nəqliyyat infrastrukturlarının blokdan çıxarılması olduğunu və bununla bağlı addımların atıldığını vurğulayıb:

“Biz Azərbaycan tərəfinə təkliflər göndərdik və bu təkliflər yarı rəsmi səviyyədə müsbət qarşılandı. Bizim prinsiplərimiz ondan ibarətdir ki, blokdan çıxarılacaq bütün infrastrukturlar ölkələrin suverenliyi altında qalmalı və keçdikləri ölkələrin qanunlarına uyğun fəaliyyət göstərməlidir. Bu, hökumətimizin təqdim etdiyi sülh planında öz əksini tapıb”.





Şərhlər

Yaz...