Tarix: 23 Avqust 2024 16:00 | Baxış sayı: 547
Yaşasın günəşli günlər...- Vandamın azərbaycanlı gəlinindən tətil paylaşımı

Yaşasın günəşli günlər...-Vandamın azərbaycanlı gəlinindən tətil paylaşımı

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadə həyat yoldaşı Kristoferlə bərabər tətilə Avropaya yollanıblar.

Diaspora.TV xəbər verir ki, Belçikaya gələn məşhur cütlük restoranların birində çəkdirdikləri fotoları instaqram səhifələrində izləyiciləri ilə bölüşüblər.

Suada özünün və ərinin şəklinə “Vafli və süd kokteyllərindən həzz aldığımız “Polaroid” şəkilləri ilə yay əhval-ruhiyyəsinə qayıdırıq. Yaşasın şirin anlar və günəşli günlər!” şərhini yazıb.

Qeyd edək ki, Jan Klod Van Damm polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. /Olay.az


Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır