Soçi-Antalya təyyarəsində yanan sərnişinləri xilas edən Krasnodar sakini, milliyyətcə azərbaycanlı Sultan Sultanov kömək edib.
Diaspora.TV xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Qeyd olunub ki, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Qusev Krasnodar diyarının rəhbəri Veniamin Kondratyevə bu qəhrəmanlığı göstərən insanı şərəfləndirmək təklifi ilə müraciət edib.
O, qəhrəmana müvafiq sertifikat verilməli olduğunu vurğulayıb. Qusev özü də ona təşəkkür məktubu göndərməyi planlaşdırır.
“Mən həmvətənlərimizlə fəxr edirəm. Sultan çətin vəziyyətdə qəhrəmanlıq və hazırcavablıq göstərdi. Hər kəs buna qadir deyil”,- deyə o bildirib.