Tarix: 01.10.2024 / 09:00
Ya bürokratik əngəl var, ya da həvəs göstərən yoxdur    - Siyasi şərhçi

Ya bürokratik əngəl var, ya da həvəs göstərən yoxdur - Siyasi şərhçi

“Xaricdə yaşayan Qarabağ əsilli azərbaycanlıların qayıdışına fərqli yanaşılması çox maraqlı və diqqət çəkən məsələlərdən biridir. 1990-cı illərdən başlayaraq azərbaycanlıların bir hissəsi xarici ölkələrə gedib və müxtəlif ölkələrdə özlərinə iş qurublar”.

Bu sözləri Diaspora.TV-yə siyasi şərhçi Akif Nağı deyib. Onun fikrincə, xaricdə yaşayan Qarabağ əsilli imkanlı şəxslərə Azərbaycanda iş qurmaq, investisiya yatırmaq üçün şərait yaradılmalıdır:

“Onlar da Qarabağın, Şərqi Zəngəzurun bərpasında geniş şəkildə iştirak etsinlər. Özü də bu kimi şəxslərə güzəştli şərait yaradılmalıdır”.

Akif Nağı hesab edir ki, bunun üçün həmin şəxslər vergidən də azad olunmalıdırlar:

“Bu yaxşı bir ideya ola bilər. Bununla bağlı xatırlayıram ki, cənab Prezidentin də müraciəti olmuşdur ki, dünyada yaşayan azərbaycanlılar bərpa olunacaq ərazilərə investisiya qoysunlar. Amma hələlik bu hiss olunumur. Ola bilər ki, bürokratik əngəllər var, yaxud da hələ həvəs göstərənlər yoxdur. İş adamları pullarını hara qoyursa ilk növbədə onun gəlirini düşünür”.

Akif Nağı burada həm də bir vətənpərvərlik hisslərinin olduğunu önə çəkib:

“Hesab edirəm xaricdə yaşayan azərbaycanlılar nə isə itirə bilər, ancaq öz torpaqlarında iş qurmaq təşəbbüsü mütləq onlardan gəlməlidir”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...