“Xüsusi təhlükə gözlənilmirsə, insanların bir-biri ilə görüşməsi normal haldır”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında təhsil eksperti Hidayət Allahverdi xaricdə yaşayan və işləyən azərbaycanlıların yaxınları tərəfindən ziyarət olunması üçün alınan viza müddətinin 3-5 ilə qədər uzadılması təklifini şərh edərkən deyib.
“Yaradılan əngəllərə qarşıyam. İşğaldan azad edilmiş torpaqlarımızın ziyarətini də vizadan daha ağır əngəllərlə qarşılayırlar”.
Ekspert əlavə edib ki, müxtəlif ölkələrə viza almağın çətinliklərini nəzərə alsaq, onların daha uzunmüddətli olması alqışlana bilər.
Jalə
Diaspora.TV