Tarix: 26.10.2024 / 16:40
Nərgiz Əliyeva Xoşqədəmə cavab verdi:   Üzr istə

Nərgiz Əliyeva Xoşqədəmə cavab verdi: Üzr istə

Gürcüstanın Vahid Milli Hərəkat partiyasının üzvü Nərgiz Əliyeva azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızını ölkədə keçirilən seçkilərə müdaxilədə ittiham edib.

Diaspora.TV xəbər verir ki, partiya üzvü bu barədə özünün Feysbuk səhifəsində yazıb.

“Xoşqədəm Hidayətqızı açıq şəkildə təbliğat aparıb, başqa ölkədə keçirilən seçkilərdə konkret partiyanı dəstəkləməyə çağırıb”, - deyə o bildirib.

O, bunun həm beynəlxalq hüququn, həm də Azərbaycanda media qaydalarının pozulması olduğunu vurğulayıb.Əlavə edib ki, bununla bağlı ARB-yə rəsmi məktub göndəriləcək.

Məlumata görə, X.Hidayətqızı həmçinin Gürcüstanda yaşayan Azərbaycan icmasını Ukraynanı xatırlamağa çağırıb və deyib ki, Gürcüstanda hakim partiyanın dövründə hər şey sabit, dinc və Ukraynadan fərqlidir.

N.Əliyeva paylaşımında X.Hidayətqızının bu məlumatı haradan aldığını, xüsusən də Gürcüstan ərazisində mümkün hərbi münaqişələrlə bağlı açıqlamalarını sorğulayıb.

O, həmçinin Gürcüstan və Azərbaycanın müvafiq qurumlarından bu məsələ ilə dərhal məşğul olmağı tələb edib və X.Hidayətqızını üzr istəməyə çağırıb.

Şərhlər

Yaz...