Tarix: 14.10.2024 / 15:50
"Xoş gəldin" məsələsi böyüyür   - Yalnız fars və ingilis dillərində salamlama

"Xoş gəldin" məsələsi böyüyür - Yalnız fars və ingilis dillərində salamlama

"Bundan sonra hər hansı anlaşılmamazlığın qarşısını almaq üçün İran Hava Yolları Şirkətlərinə məxsus sərnişin təyyarələrində fars və ingilis dillərindən başqa heç bir dildə sərnişinlərə "Xoş gəlmişsiniz" deyilməməli, qeyd olunan iki dildən başqa hər hansı bir dildə qonaqlar salamlanmamalıdır".

Diaspora.TV xəbər verir ki, bu barədə İran Hava Yolları Şirkətinin sözçüsü Cəfər Yazerlu açıqlama verib.

O, bir neçə gün əvvəl Şərqi Azərbaycana məxsus "Ata" Hava Yolları Şirkətinin təyyarəsində bələdçinin "Xoş gəlmişsiniz" anonsunun türk dilində yayılmasında heç bir xüsusi niyyət olmadığını deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl "Ata" Aviasiya Şirkətinin Tehrandan Təbrizə uçan təyyarəsində bələdçi qonaqları Azərbaycan dilində salamlayıb.

Şərhlər

Yaz...