Tarix: 19.04.2024 / 12:42
“Xocalıya ədalətə” qarşı “Genosidə ədalət” şüarı çıxarıldı-  Politoloq

“Xocalıya ədalətə” qarşı “Genosidə ədalət” şüarı çıxarıldı- Politoloq

“ABŞ və Fransa saxta erməni genosidi naminə qüvvələrini açıqca birləşdirir”.

Diaspora.TV xəbər verir ki, bu fikirləri “Bakı-Xəbər” qəzetinin baş redaktoru politoloq Aydın Quliyev öz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, ABŞ Konqresində saxta “erməni genosidi”nin ildönümü ilə bağlı tədbirlər keçirilir:

“Bu tədbirlərdə əsas məruzəçi statusu Fransa Milli Assambleyasının üzvü, erməni əsilli Astrid Ponosyana verilib. Məruzəsinin əsas hissəsini tarixdən çox müasir proseslərə həsr edən Ponosyan, Azərbaycanı açıq şəkildə “təcavüzkar” adlandırmaqdan çəkinməyib. Bu gün Ermənistanın Fransa tərəfindən dəstəklənməsini nümunə göstərən erməni deputat deyib ki, Fransa Azərbaycanın hələ davam edən təcavüzü qarşısında Ermənistanı tək qoymamaq qərarı verib. Ponosyan konqresmenlərə sual edib ki, eyni addımı siz niyə atmamalısınız? Erməni - fransız deputat faktiki olaraq ABŞ qanunvericilərini Ermənistanın təhlükəsizliyinə təminat verməyə çağırıb”.

A.Quliyev əlavə edib ki, ABŞ Konqresində saxta genosidlə bağlı tədbirə Fransanın cəlb olunması, üstəlik əsas məruzəçi statusu ilə “şərəfləndirilməsi” nəticə çıxarmağa əsas verir ki, ABŞ və Fransa həm saxta genosid məsələsində, həm də Ermənistanın hərbi- siyasi dəstəklənməsində daha fəal birgə addımlar atmaq barədə razılaşıblar:

“O da təsadüfi deyil ki, bu il ABŞ- da saxta “erməni genosidi” ilə bağlı tədbirlər “Genosidə ədalət” kimi ümumi şüar altında koordinasiya edilir. Hətta erməni senator Bob Menendez bu tədbirdə çıxış edərək “ABŞ- ı Qarabağda erməni genosidinə lazımı müqavimət göstərməməkdə qınaylb”. Öz aləmlərində qısa müddətdə nəzərəçarpan nəticələr əldə etmiş Azərbaycanın “Xocalıya ədalət” hərəkatına qarşı alternativ çıxardıblar və adını da “Genosidə ədalət” qoyublar. Ümid edirlər ki, bu yolla dünyada öz əvvəlki populyarlığını sürətlə itirməkdə olan saxta erməni genosidinin tanınması prosesini tənəzzüldən xilas edə biləcəklər. Vətən müharibəsindən sonra “etməni genosidi” nağıllarının dərin tənəzzülə düşdüyünü heç kim inkar edə bilməz. Son üç ildə saxta “etməni genosidi”ni tanıyan bir ölkə parlamenti belə olmayıb”.

Şərhlər

Yaz...