Tarix: 16 Aprel 2024 16:08 | Baxış sayı: 1564
Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar   - BAP sədri

Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar - BAP sədri

“Uzun müddət dünyanın bəzi ölkələrində Azərbaycan diasporunun olmaması ilə bağlı xeyli çətinliklər çəkmişik. Bu da təbii haldır”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi. Onun sözlərinə görə, 30 ilə yaxındır ki, biz öz aramızda diasporun yaradılmasından danışırıq, problemləri qeyd edirik:

“İndi vəziyyət xeyli dərəcədə dəyişib. Çünki ölkədən kənarda çoxlu azərbaycanlı yaşayır. Açığı, adamların ölkədən getməsi müxtəlif səbəblərdəndir. Onların bir qismi incidildiyi, bir hissəsi iş, digərləri də yeni həyat üçün gedib. Amma bunları bir araya gətirmək dövlətin vəzifəsidir, borcudur. Bizim partiyanın mövqeyi də ondan ibarətdir ki, dünyanın harasında asılı olmayaraq, harada azərbaycanlı varsa, onların Azərbaycanla təmaslarında, eləcə də hüquqlarının qorunmasında maraqlıyıq. O cümlədən həmvətənlərimizin dövlətimizlə iç-içə nəfəs almasında maraqlıyıq”.

Partiya sədri qeyd etdi ki, diasporla bağlı dövlət qurumu da var:

“Düzdür, bu qurumla bağlı müəyyən söz-söhbətlər var, narazılıqlar da olur ki, ölkədən kənarda olan diaspor təşkilatları ilə kifayət qədər yaxşı işləyə bilmirlər. Təəssüflə qeyd etmək istərdim ki, ermənilərin bu sahədə təcrübələri olduğu üçün onlar daha yaxşı işləyirlər. Düşünürəm ki, ölkədən kənarda olan azərbaycanlılarla heç bir fərq qoyulmadan mütləq əlaqə qurulmalıdır. Dövlət qurumlarında çalışan adamlar da öz xırda maraqları naminə süni diaspor təşkilatları yaratmamalıdır. Onu qeyd edim ki, ölkədən kənarda yaşayan azərbaycanlıların böyük əksəriyyətinin ürəyi Azərbaycanla birgə döyünür. Ona görə də onlarla yaxşı işləmək lazımdır. Tanıdığımız adamlar var ki, onların diasporla əlaqəsi yoxdur. Misal üçün, bu yaxınlarda Bakıda Almaniyada yaşayan bir azərbaycanlı ilə görüşdüm. Özü, ailəsi, hətta nəvələri belə orda yaşayır. O qeyd etdi ki, nəvəsi Almaniyada bir deputatın köməkçisidir. Baxın, belə əlaqələri olan azərbaycanlılar var ki, Azərbaycanın müvafiq qurumları onlarla əlaqə saxlamalıdır. Əgər başqa ölkələrdə Azərbaycan əleyhinə nə isə olursa, diasporumuz ona qarşılıq verir, etiraz aksiyası keçirir. Hesab edirəm ki, Azərbaycan dövlətinin güclü olması üçün diaspor təşkilatlarının güclü olması vacib şərtdir. Bizim bir belə imkanımız var, amma Avropa Şurası Parlament Assambleyasında əleyhimizə böyük səs çoxluğu ilə qərarlar qəbul edilir. Əgər bizim diaspor təşkilatlarımızın AŞPA kimi qurumlarla əlaqəsi güclü olsa, yaxşı işləsələr, vəziyyəti müsbətə doğru dəyişmək olar”.

E.Musayev vurğuladı ki, Azərbaycan diasporunun yaxşı işləməsi üçün ilk növbədə aidiyyatı dövlət qurumları yaxşı işləməlidir:

“Ölkədən kənarda xeyli aktiv azərbaycanlılar var. Əlbəttə, bu adamlar və onların daxil olduğu çevrə müəyyən olunmalıdır. Yeri gəldikdə dövlət onların təşkilatlanması üçün maddi yardımlar göstərməlidir. Bir sıra ölkələrdə diasporumuzun özünün maddi imkanı var və onun maliyyə dəstəyinə ehtiyac yoxdur. Misal üçün, Rusiyada azərbaycanlı milyarderlər var”.

Partiya sədri bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə ölkəmizdən kənarda formalaşan yeni nəsil Azərbaycana çox böyük dəstək oldu:

“Onlar sosial şəbəkələrdə açıq şəkildə mübarizə apardılar. Deyərdim ki, sosial şəbəkələrdə ermənilər və onların havadarları üzərində məhz xarici dil bilən, xaricdə yaşayan gənc nəsil sayəsində qalib gəldik. Belə gənclərlə əlaqə saxlamaq lazımdır. Onların hər cür imkanı var, sadəcə diqqətə ehtiyac duyurlar. Böyük şirkətlərdə, maliyyə qurumlarında çalışan belə gəncləri axtarmaq, tapmaq lazımdır”.

Zəfər
Diaspora.TV

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs