Tarix: 02.08.2024 / 19:30
XİN bu kimi məsələləri gündəmə gətirməlidir  - TƏKLİF

XİN bu kimi məsələləri gündəmə gətirməlidir - TƏKLİF

“Əslində bu ən aktual məsələlərdən biridir. Ümumiyyətlə, azərbaycanlıların ən çox yaşadığı böyük şəhərlərdə konsulluğun olması vacibdir”.

Bu sözləri Diaspora.TV-yə iqtisadçı Anar İsayev deyib. O, bunun səbəblərini belə izah edib:

“Konsulluqlar sənəd işləri, həmçinin həmin ərazidə yaşayan vətəndaşlarımızın problemlərinə dəstəkdir. Bu tipli məsələlərdə konsulluq xidmətlərinin dəstəyi lazımdır. Bu nöqteyi-nəzərdən böyük şəhərlərdə, azərbaycanlıların ən çox məskunlaşdığı ərazilərdə konsulluq xidmətlərinin fəaliyyəti müsbət haldır”.

Anar İsayev hesab edir ki, bu kimi xidmətlərin fəaliyyəti daha çox dövlət orqanlarından asılıdır:

“Xüsusi ilə də Xarici İşlər Nazirliyi bu kimi məsələni gündəmə gətirməlidir. Azərbaycanlıların əsasən Rusiyada, Türkiyənin bəzi şəhərlərinə, son vaxtlar isə Avropanın bəzi ölkələrinə kütləvi axını çoxalır. Belə götürəndə azərbaycanlıların çox üz tutduğu şəhərlərin sayı 10-15 olar. Həmin şəhərlərdə də konsulluğun açılması çətinlik yaratmaz”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...