Tarix: 23.05.2024 / 14:35
Xəsislik etmək lazım deyil, danışmaq lazımdır    - İRAD

Xəsislik etmək lazım deyil, danışmaq lazımdır - İRAD

“Bu son 40-50 ilin uğurudur. Azərbaycan uğur əldə edən, problem həll edən bir dövlət olub. Bu baxımdan da bizim xaricdə yaşayan vətəndaşlarımızın – soydaşlarımızın Azərbaycan haqqında danışmaq imkanları genişdir. Xəsislik etmək lazım deyil, danışmaq lazımdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamsında “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

Z.Məmmədli bildirib ki, torpaqların işğaldan azad olunması bütövlükdə Azərbaycanın dostu olan dövlətlərə mənəvi yüksəliş verib:

“Yüz ildən o tərəfə yaranmış bir problemi Azərbaycan özü həll edir. Hazırda orada quruculuq işləri gedir və bu çox önəmlidir. Yeni-yeni layihələr həyata keçirilir və keçiriləcək də”.

Z.Məmmədli hesab edir ki, Qarabağda görülən işlərin strateji əhəmiyyəti böyükdür:

“Bölgənin turizmi üçün görülən işlərin strateji mahiyyəti çox böyükdür. Bu bölgə əbədi olaraq Azərbaycanın torpaqlardır. Bu torpaqlar Azərbaycan xalqının mənafeyinə xidmət etməlidir. Orada ən önəmli inkişaf turizm sektoru olacaq. Bölgədə turizmin inkişafı yeni imkanlar açır. Ən başlıcası Bakının yükdən azad olması üçün yaxşı imkanlar yaranır. Bu eyni zamanda yaxın illərdə həmin bölgədə bir milyon insanın yaşaması deməkdir. Universitetlər, infrastrukturun qurulması, yeni-yeni iş yerlərinin açılması Bakının yükünü azaldacaq”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...