Tarix: 20.05.2024 / 17:13
Xarkovda yaşayan soydaşlarımıza  təxliyə müraciəti...

Xarkovda yaşayan soydaşlarımıza təxliyə müraciəti...

Ukraynanın Xarkov vilayətində yaranmış mövcud vəziyyətlə bağlı bu ərazidə yaşayan soydaşlarımıza müraciət edilib.

Diaspora.TV xəbər verir ki, Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun rəsmi saytında yerləşdirilən müraciətdə təxliyə zamanı yarana biləcək çətinliklər barədə dərhal müraciət etmələri tövsiyə olunur.

Məlumatda qeyd olunur ki, Xarkov Vilayəti Hərbi Administrasiyasının elan etdiyi regionun təhlükəli ərazilərindən təxliyə ilə əlaqədar Xarkov vilayətinin ərazisində daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşları təxliyə zamanı çətinliklər və problemli məsələlərin həlli zərurəti yarandıqda Azərbaycanın fəxri konsulluğuna müraciət edə bilərlər.

Əlaqə nömrələri: +380503035727

Fəxri konsul: +380502320070 Vitali Rekunenko

Şərhlər

Yaz...