Xarkivdəki Azərbaycan diasporunun ofisi bombalandı - Video
Xarkivdə hər iki ofisinə raket zərbəsi endirilən Azərbaycan diaspora təşkilatı fəaliyyətini müharibə şəraitində davam etdirməyə çalışır.
Diaspora.TV xəbər verir ki, Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Murad Ömərov təşkilatın yararsız hala düşmüş ofisində "Amerikanın Səsi"nə müsahibə verib.