Tarix: 14.06.2024 / 09:28
Xarici ölkələrdəki alimlərimizin dərsliklərindən istifadə qazancımız olar   - EKSPERT

Xarici ölkələrdəki alimlərimizin dərsliklərindən istifadə qazancımız olar - EKSPERT

“Xarici ölkələrdə yaşayıb fəaliyyət göstərən, özünü təsdiq etmiş alimlərimizin dərsliklərindən istifadə etmək qazancımız olar”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında təhsil eksperti Hidayət Allahverdi xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan əsilli alimlərin əsərlərinin milli universitetlərdə tədrisi yollarını izah edərkən deyib. Ekspertin sözlərinə görə, istər müəllim, istərsə də professor olsun özünün həmin müəlliflərdən üstün tutmamalıdır:

“Azərbaycanda fənni tədris edən müəllim, professor özünü hamıdan dahi hesab etməməlidir”.

H.Allahverdi bu gün Azərbaycanın milli universitetlərində ədəbiyyat çatışmazlığı probleminin olduğunu xüsusi önə çəkib:

“Bu ali təhsil müəssisələrinin, tələbələrin ən ağrılı yeridir. Elə sahələr var ki, tələbələr hələ də köhnə ədəbiyyatlardan, keyfiyyətsiz tərcümələrdən istifadə etməli olurlar. Bu yerdə xaricdə yaşayan Azərbaycan əsilli alimlərimizin dərslikləri yerinə düşər”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...