Tarix: 20.12.2024 / 09:15
Xarici ölkələrdə yaşayan azərbaycanlılara    təhsil güzəştləri tətbiq edilə bilər?

Xarici ölkələrdə yaşayan azərbaycanlılara təhsil güzəştləri tətbiq edilə bilər?

Məlum olduğu kimi, bu gün Azərbaycandan kənarda yaşayan azərbaycanlıların sayı ilbəil artır. Xarici ölkələrdə yaşayan soydaşlarımızın həm ölkəmizlə əlaqələrini daha da genişləndirmək, həm də azərbaycançılıq ideologiyasını yaşadıqları ölkələrdə tanıtmaq baxımından əcnəbi ölkə vətəndaşı olan soydaşlarımıza Azərbaycan ali təhsil müəssisələrində güzəştlər tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı təhsil eksperti Səbuhi Abdullayev Diaspora.TV-yə danışıb.



O bildirib ki, xaricdə yaşayan soydaşlarımızın Azərbaycan ali təhsil müəssisələrinə gəlməsi kifayət qədər çətindir. Ekspert hesab edir ki, bu istiqamətdə bir sıra addımlar atılmalıdır:

Bu məsələdə bir sıra - yaşam şərtləri, təhsil sisteminin fərqliliyi kimi amillər rol oynayır. Düşünürəm ki, xaricdə yaşayan azərbaycanlıların ölkəmizdəki təhsil mərkəzlərinə istiqamətlənirilməsi, onların tədris alması üçün imtiyazların həyata keçirilməsi vacibdir. Bunların içində sözügedən şəxslərin təhsil haqqlarından azad olması, müəyyən güzəştlərin tətbiq edilməsi, yaşam şərtlərinin yaxşılaşdırılması baxımından təqaüd və yataqxanalarla təmin olunması olduqca önəmlidir. Bu kimi situmullaşdırıcı addımların atılması soydaşlarımızın ölkəmizdəki ali təhsil müəssisələrinə marağını artıra bilər”.



Şərhlər

Yaz...