“Azərbaycan istehsalı olan filmlərimiz xarici ölkələrdə nümayiş olunmalıdır”.
Bu sözləri Diaspora.TV-yə Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev deyib. Kinorejissor bununla bağlı Dövlət Film Fondunun planları olduğunu xatırladıb:
“Mən Dövlət Film Fondunda işləyirəm, bəzi planlarımız var. Gələn il “Arşın mal alan” filminin yubileyidir. Bununla bağlı xarici ölkələrdə tədbirlərimiz olacaq. Çalışacağıq ki, bəzi filmləri də təbliğ edək”.
Qısametrajlı filmlərin xarici ölkələrdə təbliğinə gəlincə, Ayaz Salayev bu məsələnin səfirliklərin öhdəsində olduğunu diqqətə çatdırıb:
“Azərbaycanın xarici ölkə səfirliklərinin hər birində mədəniyyət şöbəsi var. Hansı filmin hansı ölkədə nümayiş olunmasına həmin şöbə baxır”.
Jalə
Diaspora.TV