Tarix: 24.05.2024 / 08:50
Xarici ölkələrdə görüləcək işlər bu qrant dəllallarına tapşırılır   - Partiya sədri

Xarici ölkələrdə görüləcək işlər bu qrant dəllallarına tapşırılır - Partiya sədri

“Diaspora ilə işləyə biləcək insanlar, təşkilatlar doğru seçilməlidir. Bizdə “növbətçi” adamlar var, bütün xarici ölkələrdə görüləcək işlər əsasən bu qrant dəllallarına tapşırılır. Bu yanlışlıqlar aradan qaldırılmalıdır”.

Bu sözləri Diaspora.TV-yə Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.

Partiya sədri bildirib ki, Azərbaycanın dövlət kimi lobbi fəaliyyəti ilə məşğul olmasının uzaq tarixi yoxdur:

“Bu sahədə ermənilərin fəaliyyəti uzun illərdir daha qabarıq görünür. Biz isə müstəqillik qazandıqdan sonra bu istiqamətdə addımlar atmağa başlamışıq. Dövlət diaspora nümayəndələrini seçmək üçün planlı işləməli, informasiya toplamalı, insanların potensialını düzgün və obyektiv qiymətləndirməli, ən nəhayət doğru-dürüst, milli mövqedə olan adamları prosesin önünə gətirməlidir. Müxtəlif ölkələrdə vətəndaşlıq almış soydaşlarımızın potensialından istifadə edilməli, lazım gələndə onlara dəstək göstərilməlidir”.

E.Musayev qeyd edib ki, dövlətin diaspora ilə işləyən qurumu var:

“Digər dövlət qurumları da var, bunlar sözdə yox, əməldə fəaliyyət göstərməlidir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...