Tarix: 29.07.2024 / 16:03
Xaricə çıxmaq istəyiriksə...   - İqtisadçı ekspert

Xaricə çıxmaq istəyiriksə... - İqtisadçı ekspert

“Azərbaycan ilk növbədə öz məhsullarını xarici bazarda tanıtmaq üçün onun keyfiyyətini yüksəltməlidir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib. O, hesab edir ki, Azərbaycandan kənara ixrac olunan bütün məhsullar ən yüksək və xüsusi standartlara uyğun olmalıdır:

“O zaman problem olmayacaq, alıcılar bir dəfə alandan sonra həmişə həmin məhsulu axtarıb tapacaqlar. Və onu biz daha yüksək qiymətə satıb gəlirlərimizi artıra bilərik. Bu sahə ilə dövlət məşğul olur, böyük maliyyə vəsaiti ayrılır”.

Vahid Məhərrəmov həmin vəsaitdən eyni zamanda Azərbaycan brendinin digər ölkələrdə tanınması istiqamətində diaspor təşkilatları, Xarici işlər nazirliklərinə ayrılır:

“Keyfiyyəti yaxşı olan məhsulun həmişə alıcısı var. Biz ancaq məhsulların keyfiyyətini yaxşılaşdırılması istiqamətində çalışmalıyıq. Əgər belə məhsul istehsal etsək, onu əldə etmək üçün Almaniyadan Azərbaycana gələcəklər”.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...