Tarix: 07.10.2024 / 10:07

Xaricdən təzyiqlər artır, diasporumuz isə görünmür

"Diasporla Gündəm"in növbəti qonağı Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalı olub.

F.Ağamalı ilə söhbət zamanı koordinasiya şuraları, diaspor təşkilatlarının fəaliyyətləri və lobbiçilik kimi məsələlər müzakirə edilib.

"Xaricdə yaşayan soydaşlarımız məndən inciməsin, amma onlar daha çox Azərbaycandan maddi dəstək almaq, öz işlərini qurmaq, fəaliyyətlərini yaxşılaşdırmaq üçün diaspora təşkilatlarında fəaliyyət göstərməyə çalışırlar. Bu, bizim genetikamızla da bağlıdır. Vətəndaşlarımız dövlətimizin milli maraqları üçün imkanlarını ortaya qoymalıdır. Təəssüf edirəm ki, bu yöndə problemlərimiz var. Hər şeyi Diaspora Komitəsinin üzərinə yıxmaq da lazım deyil. Diasporada milli maraqları xaricdə təbliğ etmək vətənpərvərlik təşəbbüsüdür, könüllülükdür. Diaspor nümayəndələri mətbuatda çıxış etməlidirlər, güc strukturları, parlament, seçkili orqanlarda təmsil olunmalıdırlar. Bütün imkanları dəyərləndirməlidirlər, amma bu, qaneedici səviyyədə deyil", - o deyib.

F.Ağamalının sözlərinə görə, diasporun əsas işi özünün lobbisini formalaşdırmaqdır.

"Diasporun ən böyük gücü təşkilatlanmasıdırsa, real gücü isə lobbiyə bağlıdır. Bu gün Avropada Azərbaycana qarşı ittihamlar səsləndirilir, təzyiqlər olunur. Bunu edənlər də geniş imkanlara sahib erməni lobbisidir. Baş verənlər fonunda isə diasporumuz ümumiyyətlə görünmür. Diaspor vətənpərvər olmalıdır, vətəni sevməlidir", - o qeyd edib.

Şərhlər

Yaz...