Tarix: 22.05.2024 / 12:27
Xaricdəki azərbaycanlıların ixtisaslaşdırılmış qurumları  yaradılmalıdır   - Təklif

Xaricdəki azərbaycanlıların ixtisaslaşdırılmış qurumları yaradılmalıdır - Təklif

“Xaricdə yaşayan azərbaycanlıların ixtisaslaşdırılmış qurumların yaradılması ideyası günümüzün realığı üçün vacib hadisə olardı. Bu işin səmərəli qurulması dövlət-soydaş münasibətlərinin tənzimlənməsinə, lobbiçilik fəaliyyətinin təşkilinə alimlər, jurnalistlər və digər istiqamətlərlə bağlı iş adamları arasında düzgün rabitənin qurulmasına, xaricdə yaşayan iş adamlarının Azərbaycana investisiya yatırmasına, öz təcrübələrini öz soydaşları ilə bölüşməsinə və bütün bunların sonunda əlverişli biznes, əlverişli innovativ fürsətlər mühitinin yaradılmasına gətib çıxaracaq amillərdir”.

Bu bardə Diaspora.TV-yə açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. O bildirib ki, bu gün xaricdə yaşayan azərbaycanlılar arasında ali təhsil müəssisələri, institutlar, tədqiqat mərkəzlərində xeyli sayda azərbaycanlı alim və tədqiqatçılar var:

“Onların fəaliyyətinin mərkəzləşdirilib bir araya gəlməsi həmin ölkədəki soydaşlarımızla bağlı çox vacib bir mexanizm olacaq. Bizim alimlərin böyük əksəriyyəti Türkiyə, Rusiya və Ukraynada fəaliyyət göstərir. Buna baxmayaraq, Avropanın bir çox ölkələrində - Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya və s. ölkələrdə az da olsa alimlərimiz var. Həmçinin Avropadan kənarda ABŞ, Kanada, Çin, Yaponiyadan o tərəflərin adını çəkə bilmirəm. Demək olar ki, orada bizim hər hansı elm adamlarımız çalışmır. Bu gün istər elm, istərsə də təhsil sahəsində çalışan alimlər, müəllimlər xaricdə bu profil üzrə çalışanların təcrübəsinə, bilik və bacarıqlarına, onların praktikasına böyük ehtiyac duyurlar”.

E.Nuru məhz bu səbəbdən alimlərimizlə bağlı ixtisaslaşdırılmış qurumların yaradılmasına ehtiyac olduğunu önə çəkib:

“Nüfuzlu alimlərin orada toplanışı, Azərbaycan elminin inkişafı ilə bağlı müəyyən bir tədqiqat və təkliflərlə çıxış etmələri, ümumiyyətlə, orada bir koordianator rolunu oynamaları bizim gənc alimlərimiz üçün çox faydalı olar. Bunun mənəvi tərəfləri ilə yanaşı həm də biznes, ən əsası dövlətçilik mexanizmi də çox yüksək olacaq. Dövlətçilik mexanizmi dövlətçiliyə xidmət elmə, təhsilə, biznesə baxmır, bunun hamısını bir araya gətirən meyardır. Məsələn, xaricdə yaşayan azərbaycanlıların ixtisaslaşdırılmış qurumların təşkili prosesinə alimlərdən başlanılsa, onlar ziyalı kimi bu işə cəlb olunsalar və bunun mərhələli şəkildə qurulmasına şərait yaratsalar digər sahələrdə təsir göstərə bilər”.

Ekspert bu gün xaricdə fəaliyyət göstərən diasporlarda kifayət qədər sayılıb-seçilən alimlərimizin olduğunu vurğulayıb:

“Bu alimlər tərəfindən yaradılan ixtisaslaşdırılmış elm və təhsil qurumları, yəni Azərbaycanda elm və təhsilin inkişafı ilə bağlı xüsusi layihələrlə çıxış edə bilərlər. Düşünürəm ki, nəinki ixtisaslaşdırılmış qurumların, həm də bu gün xaricdə təhsil alan azərbaycanlı tələbələrin də öz ixtisaslarına uyğun bir birliyi, mərkəzi olmalıdr. Bu çox yaxşı olar. Neçə il əvvəl bu barədə təklif ürəli sürmüşdüm ki, xaricdə yaşayan azərbaycanlı tələbələrin profilləri üzrə müəyyən istisaslaşdırılmış və mərkəzləşdirilmiş bir qurum olamlıdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...