Tarix: 20.05.2024 / 15:36
Xaricdəki azərbaycanlı iş adamlarına qarşı şantaj…   - Vəkil

Xaricdəki azərbaycanlı iş adamlarına qarşı şantaj… - Vəkil

“İstəlinən halda baş verən hadisə ilə bağlı həmin ölkələrin hüquq-mühafizə orqanlarına şikayət edilməlidir”.

Bu barədə Diaspora.TV-yə tanınmış vəkil Əkrəm Həsənov xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarını narahat edən cinayətkar ünsürlərə qarşı aparılan mübarizənin hüquqi yollarından danışarkən deyib.

Vəkil hesab edir ki, cinayətkarlarla ancaq həmin ölkələrin hüquq-mühafizə orqanları vasitəsilə mübarizə aparmaq olar:

“Həmin ölkələrin dövlət orqanları bu işə cəlb olunur. Azərbaycandan həmin ölkələrə heç nə etmək mümkün deyil. Bu cinayət hadisəsidir, istənilən halda başqa dövlətin ərazisində baş verib. Bunun üçün də cinayətlə üzləşən vətəndaşlarımız yaşadıqları ölkələrin hüquq-mühafizə orqanlarına şikayət etməlidir”.

Vəkil bildirib ki, xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarına qarşı əsasən şantaj xarakterli cinayət hadisələri törədilə bilər:

“Şantaj yolu ilə pul tələb edilər bilər. Vaxtında şikayət edilsə, həmin ölkələrin aidiyyatı orqanları baş verən hadisə ilə bağlı tədbir görməlidir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...