Tarix: 07.06.2024 / 10:24
Xaricdəki azərbaycanlı iş adamları cinayətkarlardan necə qoruna bilər?   - MƏSLƏHƏT

Xaricdəki azərbaycanlı iş adamları cinayətkarlardan necə qoruna bilər? - MƏSLƏHƏT

“Xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarını narahat edən cinayətkar ünsürlərlə mübarizə aparmaq məsələsinə iki prizmadan yanaşmaq lazımdır. Birincisi, iş adamlarının yaşadığı ölkənin qanunverciliyi, ikincisi isə Azərbaycanın qanunvercilik imkanları”.

Bu sözləri Diaspora.TV-yə hüquqşünas Səməd Vəkilov deyib.

S.Vəkilov tövsiyyə edib ki, iş adamaları daha çox hüququn aliliyi təmin olunmuş ölkələrdə iş qurmağa çalışmalıdırlar:

“Əks təqdirdə qanunsuzluqlarla rastlaşacaqları təbii olacaq. Eyni zamanda ikitərəfli və çoxtərəfli müqavilələrdə müxtəlif mülki siyasi və ticarət hüquqları təsbit olunub. Xaricdə fəaliyyət göstərən şirkət rəhbərləri, iş adamları hökmən hüquq departamentini güclü kadrlardan formalaşdırmalıdırlar”.

S.Vəkilov hesab edir ki, Azərbaycanın həmin ölkələrdə fəaliyyət göstərən diplomatik korpusları digər qurumlarla intensiv iş aparsalar bu halda səmərəli müdafiə mexanizmi formalaşdıra bilərlər.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...