Tarix: 14.10.2024 / 08:20
Xaricdəki azərbaycanlı gənclərə sahiblənməyimiz vacibdir    – Sədr

Xaricdəki azərbaycanlı gənclərə sahiblənməyimiz vacibdir – Sədr

“Xarici ölkə vətəndaşı olan azərbaycanlı gənclərə Azərbaycan ali təhsil müəssisələrində güzəştlərin tətbiqi yaxşı təşəbbüsdür”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

O, dövlət olaraq xaricdə yaşayan azərbaycanlılar və onların övladlarına sahiblənməyimizin vacibliyini vurğulayıb:

“Eyni zamanda da gəncləri unutmamalıyıq. Bu baxımdan onların Azərbaycan ali təhsil müəssisələrində təhsil alması ilə bağlı dəstək təşəbbüsləri müzakirə oluna bilər. Xaricdə bizim kifayət qədər gənclərimiz yaşayır. Vaxtı ilə Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyada yaşayan azərbaycanlı gənclərin təşkilatı yaranmışdı. Onlara dəstək var idi, bu gün də həmin dəstək davam edir. Onların ali təhsil almalarını dövlətimizin dəstəyi kimi də ifadə etmək olar”.

İlqar Orucov qeyd edib ki, bunun hansı dərəcədə effektli, ehtiyac olduğunu yalnız aidiyyatı qurumlar müzakirə etməlidir:

“Bu bizə ölkə olaraq vacibdir. Gələcəkdə onların potensialından istifadə edə bilərik”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...