Tarix: 26.12.2024 / 17:54
Xaricdəki Azərbaycan Evlərində xatirə guşələri    yaradıldı

Xaricdəki Azərbaycan Evlərində xatirə guşələri yaradıldı

Xaricdəki Azərbaycan Evlərində “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən insanların xatirəsinə anım guşələri yaradıldı.

Diaspora.TV xəbər verir ki, Avstriya, Finlandiya, İspaniya, Kanada, Macarıstan, Yunanıstan və digər ölkələrdə yaşayan soydaşlarımız həmin ölkələrdəki Azərbaycan Evlərinə gələrək anım guşəsinə qərənfillər düzür, şam yandırır, qəza nəticəsində həlak olanları hörmətlə anır, yaralananlara şəfa arzulayırlar.

Bütün dünyada yaşayan azərbaycanlılar hər zaman olduğu kimi belə bir faciənin baş verdiyi gündə də xalqımızın və dövlətimizin yanında olduqlarını nümayiş etdirirlər.

Hazırda dünyanın 18 ölkəsində 29 Azərbaycan Evi fəaliyyət göstərir. Azərbaycan Evləri həqiqətlərimizin dünyaya çatdırılmasında, soydaşlarımızın tarix və mədəniyyətimizi öyrənmələrində ciddi rol oynayan, bayram və hüzn günlərində birliyimizi nümayiş etdirən məkanlardır.

Qeyd edək ki, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.

Şərhlər

Yaz...