Tarix: 27.07.2024 / 15:00
Xaricdə yaşayanla Bakıdakı qarabağlı arasında fərq qoymaq olmaz   - İqtisadçı ekspert

Xaricdə yaşayanla Bakıdakı qarabağlı arasında fərq qoymaq olmaz - İqtisadçı ekspert

“Bir neçə ay bundan öncə ölkə Prezident müsahibəsində bildirib ki, Qarabağdan olan vətəndaşlar yurdlarına qayıdıb və orada yaşamalıdırlar. Bu gün prosesə bir nəzarət var”.

Bu sözləri Diaspora.TV-yə iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspert xaricdə yaşayan Qarabağ əsilli vətəndaşların öz dədə-baba yurdlarına qayıda bilmələrində heç bir məhdudiyyətin olmadığını vurğulayıb:

“Xaricdə olmasın, Bakıda yaşasın, yaxud da qarabağlı olmasın, onun məsələyə aidiyyatı yoxdur. Onlar öz ciblərindən istədiyini alıb tikə bilər. Xaricdə yaşayanla Bakıda yaşayan qarabağlının arasında fərq qoymaq doğru olmaz”.

Ekspert bildirib ki, bu prosesdə bəzi çətinliklər var:

“Qarabağa gedib-gəlmək üçün xüsusi icazələr alınmalıdır. Ərazilər tam təhlükəsiz olmadığına və giriş-çıxış icazəli olduğuna görə maraqlı insanların Qarabağda fəaliyyəti avtomatik olaraq məhdudlaşdırılıb. İnsanlar bir yerə pul qoyub orada yaşamaq istəyirsə, əraziyə girişi-çıxışı olmalıdır, qonağı gəlməlidir, özü qonaq getməlidir”.

Xalid Kərimli indiki məqamda bunun praktik olmadığını önə çəkib:

“Amma gələcəkdə təhlükəsizlik məsələləri təmin edildikcə bu istəklər reallaşa bilər. Abşeron yarmadasında, Lənkəranda, Qubada, Qəbələdə, Bakıda ev tikib, iş qurmaqla bağlı məhdudiyyətlər yoxdur. İstənilən yerdə onlar da gəlib Azərbaycanda iş qura biləcək”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...