Sentyabrın 21-dən xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün “Ana dili" – Azərbaycan məktəbinə qeydiyyat başlayır.
Diaspora.TV xəbər verir ki, 2024-2025-cü tədris ilini əhatə edəcək layihədə dərslər ödənişsiz əsaslarla təcrübəli mütəxəssislər tərəfindən keçiriləcək.
“Ana dili" – Azərbaycan məktəbi ölkəmizdən kənarda yaşayan müxtəlif yaş qruplarından olan soydaşlarımız üçün Azərbaycan dilində məsafədən öyrənmə imkanını təmin edən layihədir.
Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun yaradılan qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, xaricdə yaşayan soydaşlarımız üçün əhəmiyyətli bir layihənin tətbiqinə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası start verir.
Mobil: +994 51 226 71 21 (“WhatsApp”, “Telegram”).