Tarix: 11.06.2024 / 19:40
Xaricdə yaşayan soydaşlarımıza nə göstərəcəyik?   - ETİRAF

Xaricdə yaşayan soydaşlarımıza nə göstərəcəyik? - ETİRAF

“1276 nəfərlik “Azərbaycanfilm” kinostudiyası fəaliyyət göstərmirsə, xaricdə yaşayan soydaşlarımıza hansı filmləri nümayiş etdirə bilərik? Kinostudiya var ki, film də olsun. Xəcalət çəkirik”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Xalq artisti Ənvər Həsənov deyib.

Aktyor bu gün Azərbaycanda kinoya qiymət verilmədiyini qeyd edib:

“Kinonu inkişaf etdirə bilmiriksə, biz niyə yaşayırıq? Xaricdə yaşayan soydaşlarımıza nə göstərəcəyik? Yenə yaxşı ki, 1990-ci ilə kimi çəkdiyimiz filmlər var. Bu gün ancaq həmin filmlər nümayış olunur. Mənim filmlərim nümayiş olunanda telefonum dayanmır, zəng-zəngə calanır. Biz həmin filmlərlə böyüdük”.

Ə.Həsənov vurğulayıb ki, 20 ildən sonra gələn nəslə təqdim etməyə film tapılmayacaq:

“O boyda bina fəaliyyətsiz qalıb. SSRİ vaxtında həmin binada il ərzində 9 film çəkilirdi. Hətta bir dəfə 13 film çəkmişdik. Kino ölüb, yoxdur”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...