Tarix: 01.11.2024 / 13:10
Xaricdə yaşayan azərbaycanlıların əksəriyyəti imkanlı deyil –    Siyasi şərhçi

Xaricdə yaşayan azərbaycanlıların əksəriyyəti imkanlı deyil – Siyasi şərhçi

“Xaricdə yaşayan azərbaycanlılar ata-baba yurdlarında iş qurmaq təşəbbüsünü qaldırarkən bir məsələyə önəm verməlidirlər. Onlar biznes maraqlarından çıxış etməməlidirlər. Düzdür, insanlar iş qurarkən biznes maraqları öndə olmalıdır. Çünki qurduğu işlər gəlir gətirməlidir ki, xaricdən gələn soydaşlarımız Qarabağda qalmaqda davam etsinlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında siyasi şərhçi Akif Nağı deyib.

O bildirib ki, xaricdə yaşayan azərbaycanlıların əksəriyyəti imkanlı deyil:

“Onların vətənə qayıtması Qarabağda, Şərqi Zəngəzurda torpaq sahələrinin ayrılması və orada ev tikib yaşamaları nəzərə alınmalıdır. Ortada bir problem var ki, onların bir hissəsi yaşadıqları ölkənin vətəndaşlarıdır. Hesab edirəm ki, onlara Azərbaycanda Azərbaycan vətəndaşlığı ilə bağlı müəyyən güzəştlər olunmalıdır. Bilirəm xeyli adamlar var ki, ya təcrübəsizlikdən, ya hansısa amillərin təsirindən başqa ölkənin vətəndaşlığını qəbul ediblər. Yenidən qayıdıb Azərbaycan vətəndaşlığını qəbul edə bilmirlər”.

Akif Nağı bunun uzun bir proses olduğunu xatırladıb:

“Necə ki, xarici ölkə bizim vətəndaşlara qayda qoyub, həmin qaydanı da bizim soydaşlarımızdan öz vətənlərində tələb edirlər. Bizə müraciət etmək istəyənlər Qarabağda ev tikmək istədiklərini bildirir, amma vətəndaşlığı olmadığından çətinliklər olduğunu önə çəkirlər. İstəlinən ölkədə vətəndaşlıqla bağlı problemlər var”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...