Tarix: 18.09.2024 / 22:00
Xaricdə yaşayan azərbaycanlıların dərd-sərlərini    necə bilək?

Xaricdə yaşayan azərbaycanlıların dərd-sərlərini necə bilək?

"Soydaşlar və diaspor təşkilatları haqqında" qanun layihəsinin adını dəyişməliyik. Bu sənəd “Soydaşlar, qohumlar, qohumlaşmış və əqrabalaşmış millətlər haqqında” olsa daha yaxşı olar”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında tanınmış vəkil Əvəz Temirxan deyib.

O, bəzi millətlərin Azərbaycana qohum olduğunu bildirib:

“Amma bizim xəbərimiz yoxdur və ya istəmirik ki, xəbərimiz olsun. Məsələn, ukraynalılar azərbaycanlılarla qohum millətdir. Onlar özlərini təkcə Slavyan saymırlar, həm də türk slavyandır. Rusiyadakı kazaklar da bizə qohum millətdir, təkcə tatarlar deyil. Rus xalqının özündə belə Azərbaycana qohumluq var. Mən bunu Rusiyada yaşayan azərbaycanlılar üçün deyirəm. Bilsinlər ki, yaşadıqları ölkə həm də qohum millətin yaratdığı ölkədir. Buna görə də yeni yanaşma lazımdır”.

Əvəz Temirxan hesab edir ki, Azərbaycan qanunvericiliyi zamanın tələblərindən geri qalır:

“Milli Məclisdə diaspor təşkilatlarının bir nümayəndəsi təmsil olunmalıdır. Belə olmasa biz xaricdə yaşayan azərbaycanlıların ağrı-acılarını, dərd-sərlərini necə bilərik? Xaricdə yaşayan azərbaycanlılarla bağlı xüsusi proqramım var, onların təhsilindən hər an xəbərimiz olmalıdır. Bunun üçün də bir çox nazirliklər səfərbər olmalıdır. Elm və Təhsil Nazirliyi ilə Mədəniyyət Nazirliyini böyük bir nazirliyə çevirmək lazımdır. Bundan başqa ora Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, İdman və Gənclər Nazirliyi, hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu prosesə cəlb olunmalıdır”.

Vəkil vurğulayıb ki, Azərbaycan dünyanı elmi ilə fəth etməlidir.

Jalə
Diaspora.TV


Şərhlər

Yaz...